Modern.az

Lənkəranda bu quşlar kütləvi qırılır

Lənkəranda bu quşlar kütləvi qırılır

Ölkə

22 Mart 2026, 13:34

Lənkəranda dəniz qarabatdaqlarının kütləvi tələfatı qeydə alınır.

Modern.az xəbər verir ki, dəniz quşlarının tələfatı əsasən şəhərin "Kiçik Bazar" deyilən ərazisində qeydə alınıb. Köçəri quşlar sahilin müxtəlif hissələrində, xüsusilə iri daşların arasında ölmüş vəziyyətdə aşkarlanır. Sakinlərin sözlərinə görə, onlar belə kütləvi quş ölümü ilə ilk dəfədir ki, qarşılaşırlar.

Mütəxəssislər ehtimal edir ki, dəniz balıqları ilə qidalanan bu quşların kütləvi ölüm halı bir neçə amillə bağlı ola bilər. Bu amillər əsasən qida çatışmazlığı, suyun çirklənməsi, zəhərlənmə, iqlim dəyişiklikləri və eləcə də virus mənşəli xəstəliklər ola bilər.

Qarabatdaq quşlarının ölümünün dəqiq səbəblərinin müəyyənləşdirilməsi üçün müvafiq qurumlar tərəfindən araşdırmaların aparılmasının vacibliyi vurğulanır.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?