Modern.az

Şəhidimizin xanımı vəfat etdi 

Şəhidimizin xanımı vəfat etdi 

Allah rəhmət eləsi̇n

19 Oktyabr 2023, 19:11

Vətən müharibəsi şəhidi Elməddin Xasayevin həyat yoldaşı Azadə xanım vəfat edib.

 

Modern.az xəbər verir ki, onun iki məktəbli övladı yadigar qalıb. 

 

Elməddin Xasayev 2014-cü ildən hərbi sanitar vəzifəsində xidmət edirdi. Bir müddət Beyləqan rayonunda və Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissələrdə xidmət edəndən sonra o, Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətini davam edib.

 

Azərbaycan Ordusunun çavuşu olan Elməddin Xasayev 44 günlük Vətən müharibəsində, sentyabrın 27-də Füzuli döyüşləri zamanı Qaraxanbəyli istiqamətində gedən şiddətli döyüşlər nəticəsində şəhid olub.

 

Uzun müddət nəşi tapıla bilməyib. 31.12.2020-ci il tarixində nəşi tapılaraq ailəsinə təhvil verilib.

 

Elməddin Xasayev ölümündən sonra "Vətən uğrunda" , "Şuşanın azad olunmasına görə", "İgidliyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

Allah rəhmət eləsin.

 

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu