Modern.az

İmtahanda halı pisləşən tələbə vəfat etdi

İmtahanda halı pisləşən tələbə vəfat etdi

Allah rəhmət eləsi̇n

30 Yanvar 2024, 16:20

Bu gün Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin 2-ci kurs tələbəsi Xumar Nəcəfzadə vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

 

Qeyd olunub ki, onun imtahandan sonra halı pisləşib və dünyasını dəyişib. Mərhumun ailəsi tərəfindən verilən məlumata əsasən o, əvvəllər baş ağrıları və narahatlıq yaşayıb.

 

Hadisə ilə bağlı Ağdam Rayon Prokurorluğu tərəfindən araşdırılma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım