Modern.az

AzTV-də rəhbər vəzifələrdə çalışan İlham Alışanov vəfat edib

AzTV-də rəhbər vəzifələrdə çalışan İlham Alışanov vəfat edib

23 Yanvar 2025, 10:24

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhimdar Cəmiyyətinin (AzTV) keçmiş Baş proqram direktoru İlham Alışanov ötən axşam vəfat edib.

Modern.az xəbər verir ki, bu barədə sosial mediada məlumat yayılıb. İ.Alışanov şəkər xəstəliyindən əziyyət çəkirdi.

Qeyd edək ki, o, 2021-ci ildə tutduğu vəzifədən azad edilərək televiziyada bədii komissiyanın rəhbəri təyin olunmuşdu.

İlham Alışanov uzun  illər idi ki, AzTV-də çalışırdı. O, “Gənclik və idman” redaksiyasında baş redaktorun müavini, “Səhər” redaksiyasının baş redaktoru, proqram direktoru vəzifələrində çalışıb.

Allah rəhmət eləsin.
 

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək