Modern.az

Qrenlandiya danışıqları başladı - Tramp

Qrenlandiya danışıqları başladı - Tramp

Dünya

1 Fevral 2026, 10:54

ABŞ prezidenti Donald Tramp Qrenlandiya danışıqlarının başladığını elan edərək bunun həm Vaşinqton, həm də Avropa üçün yaxşı bir razılaşma olacağına ümid etdiyini deyib. 

 

Modern.az xəbər verir ki, Tramp bu barədə jurnalistlərin suallarını cavablandırarkən danışıb. 

 

"Danışıqlara başladıq. Ümid edirəm ki, bu, hər kəs üçün yaxşı bir razılaşma olacaq. Milli təhlükəsizlik baxımından bu, çox vacib bir razılaşmadır. Düşünürəm ki, razılaşma əldə edəcəyik", - Tramp deyib.

 

ABŞ prezidentinin sözlərinə görə, bir neçə məsələdə artıq razılaşma əldə edilib. O, hansı məsələdə razılıq əldə olunduğu haqda heç bir açıqlama verməyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Putinin ordusu NATO ərazisini vurdu - Avropaya şok zərbə