Modern.az

Sahib Alıyevin atasının yas mərasimi Bakıda olacaq

Sahib Alıyevin atasının yas mərasimi Bakıda olacaq

Allah rəhmət eləsi̇n

25 İyun 2025, 13:22

Milli Məclisin deputatı Sahib Alıyevin atası Eyvaz Alıyevin vəfat etdiyi barədə xəbər vermişdik.

Modern.az-ın məlumatına görə, Bakıda mərhum ziyalı, el ağsaqqalı Eyvaz Alıyevin yeddi mərasimi keçiriləcək.

Hüzr məclisi həm kişilər, həm də qadınlar üçün iyunun 28-də “Tural” mərasim evində təşkil olunacaq.

Xatırladaq ki, Eyvaz Şükür oğlu Alıyev 21 may 1934-cü ildə Basarkeçər rayonunun Aşağı Şorca kəndində anadan olub. Ömrünün yarım əsrə yaxınını pedaqoji fəaliyyətə həsr etmiş - müəllim, direktor müavini və uzun müddət məktəb direktoru işləmişdir.

O, iyunun 22-də dünyasını dəyişib.

Allah rəhmət eləsin.


 

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?