Modern.az

İlham Əliyev Yaponiya İmperatorunu təbrik edib

İlham Əliyev Yaponiya İmperatorunu təbrik edib

22 Dekabr 2016, 18:43

Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyanın İmperatoru Akihitoya təbrik məktubu göndərib.

 

Məktubda deyilir: "Əlahəzrət, Yaponiyanın milli bayramı – Təvəllüd gününüz münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Yaponiya xalqına daim sülh və rifah arzulayıram".

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır