Modern.az

Azərbaycanlı həkimə ABŞ-da fəxri diplom verildi - FOTO

Azərbaycanlı həkimə ABŞ-da fəxri diplom verildi - FOTO

Aktual

2 Fevral 2017, 15:09

Ölkənin tanınmış radioloqu, N.Tusi adına Klinikanın şüa diaqnostikası şöbəsinin müdiri Yunus Əfəndiyev, həmin klinikanın şüa diqnostikası üzrə həkimi Elşad Sadıqov və Kanadanın səhiyyə sistemində çalışan həmyerlimiz Əli İsmayılovun “Karotid cisim şişlərinin cərrahi müdaxilədən əvvəl və sonra serebral hemodinamikanın TCD evolyusiyası” adlı məqaləsi ABŞ-ın Neyroradioloji Cəmiyyətinin 40-cı beynəlxalq konqresində böyük maraqla qarşılanıb.

Modern.az-ın məlumatına görə, E.Sadıqov həm də beynəlxalq konqresdəki çıxışına görə fəxri diploma layiq görülüb.

 

Sözügedən beynəlxalq forum bu il yanvarın 19-dan 22-dək ABŞ-ın Los-Anceles şəhərində keçirilib. Şüa diaqnostikası üzrə həkim E. Sadıqov tədbirdə Azərbaycanın yeganə təmsilçi və məruzəçisi olub.    

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır