Modern.az

Binəqədidə şagird şagirdi bıçaqladı - Rəsmi AÇIQLAMA

Binəqədidə şagird şagirdi bıçaqladı - Rəsmi AÇIQLAMA

3 Fevral 2017, 12:01

Binəqədi rayonundakı 217 nömrəli tam orta məktəbdən verilən məlumata görə, 3 fevral 2017-ci il tarixində dərs balamazdan əvvəl (saat 8:00  radələrində) məktəbin həyətində IX sinif şagirdi N.Musayev onunla eyni sinifdə oxuyan E.Əmənova bıçaqla xəsarət yetirib.

Bakı şəhəri üzrə Təhsil İdarəsindən Modern.az-a verilən məlumata görə, məktəbdən təcili tibbi yardıma müraciət olunub və E. Əmənov xəstəxanaya aparılıb. Hadisəni törədən N.Musayev isə Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin əməkdaşları tərəfindən dindirilmək üçün bölməyə aparılıb.

Hər iki məktəblinin təlim nəticələrinin, dərsə davamiyyətinin və davranışının normal olduğu qeyd edilib.



Namidə BİNGÖL

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır