Modern.az

Başına dəmir düşən fəhlə öldü

Başına dəmir düşən fəhlə öldü

13 Fevral 2017, 23:50

Bu gün günorta saatlarında Biləsuvar şəhərində bədbəxt hadisə baş verib. Modern.az saytı “Report”a istinadən xəbər verir ki, hadisə taxta-şalban sexində qeydə alınıb.

Rayonun Günəşli kənd sakini, həmin sexdə fəhlə işləyən 30 yaşlı Rövşən Bəybala oğlu Yaqubovun başına dəmir düşüb. Aldığı xəsarətdən beyninə qan sızan fəhlə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır