Modern.az

Bakı-Tbilisi-Qars dəmiryolunun açılacağı tarix - Cavid Qurbanov Gürcüstana gedir

Bakı-Tbilisi-Qars dəmiryolunun açılacağı tarix - Cavid Qurbanov Gürcüstana gedir

9 İyun 2017, 14:20

“Azərbaycan Dəmir Yolları” QSC-nin  sədri Cavid Qurbanov iyunun 12-də Gürcüstana səfəri gözlənilir.

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın Modern.az-a verdiyi məlumata görə, Bakı-Tbilisi-Qars dəmir yolunun açılacağı dəqiq tarix həmin səfərdən sonra məlum olacaq:

“Cavid Qurbanov Gürcüstana səfəri çərçivəsində Qars -Axalkalaki dəmir yoluna görülən işlərə baxış keçirəcək, müəyyən görüşlərdə iştirak edəcək.

Qeyd edək ki, Türkiyənin nəqliyyat, gəmiçilik və rabitə naziri Əhməd Arslan bildirmişdi ki, BTQ dəmir yolu bu ilin iyun ayının sonlarında istifadəyə veriləcəyini açıqlayıb.

 

Gülşən RAUFQIZI

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat