Modern.az

Ceyhun Bayramov pakistanlı həmkarı ilə regiondakı vəziyyəti müzakirə etdi

Ceyhun Bayramov pakistanlı həmkarı ilə regiondakı vəziyyəti müzakirə etdi

Aktual

11 Sentyabr 2025, 11:48

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Pakistan Baş nazirinin müavini, xarici işlər naziri İshaq Darla telefon danışığı zamanı regiondakı vəziyyəti müzakirə ediblər.

Modern.az Pakistan KİV-inə istinadən xəbər verir ki, tərəflər ikitərəfli maraq doğuran məsələlərin müzakirəsi ilə yanaşı, ŞƏT Sammiti (Çinin Tiencin şəhərində 31 avqust - 1 sentyabr tarixlərində keçirilib - müəl.) çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Pakistanın Baş naziri Şahbaz Şərifin görüşünün nəticələrini nəzərdən keçiriblər.

Onlar həmçinin regionda və beynəlxalq müstəvidə son hadisələri dəyərləndirib və Pakistan ilə Azərbaycan arasında çoxşaxəli tərəfdaşlığın daha da dərinləşdirilməsinə sadiq olduqlarını bir daha təsdiqləyiblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rusiyaya AĞIR ZƏRBƏLƏR endirilir - Moskvaya hücum!