Modern.az

Nəcməddin Sadıkov ABŞ-da beynəlxalq konfransda iştirak edib

Nəcməddin Sadıkov ABŞ-da beynəlxalq konfransda iştirak edib

8 İyul 2017, 00:16

Azərbaycan müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov 6-7 iyul tarixlərində Nyu York şəhərində (ABŞ) Birləşmiş Millətlər Təşkilatının (BMT) gərargahında keçirilmiş “Silahlı Qüvvələrin Baş Qərargah rəislərinin ikinci beynəlxalq konfransı”nda iştirak edib.

Modern.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, konfransda BMT-nin sülhməramlı qüvvələrinin inkişafı, qüvvələrin çevik yerləşdirilməsi, təlimlər və digər aidiyyəti mövzular üzrə müzakirələr aparılıb. O cümlədən BMT-nin Sülhməramlı Əməliyyatlar və Səhra Dəstəyi İdarələrinin rəsmiləri ilə görüşlər keçirilib.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat