Modern.az

Latviya Rusiya və Belarusla sərhəddə hava məkanını BAĞLADI

Latviya Rusiya və Belarusla sərhəddə hava məkanını BAĞLADI

Dünya

11 Sentyabr 2025, 16:00

Latviya Rusiya və Belarusla sərhəddəki hava məkanını bir həftə müddətinə bağlayıb.

Modern.az xəbər verir ki, bu barədə sentyabrın 11-də ölkənin müdafiə naziri Andris Spruds X sosial şəbəkəsində bildirib.

“Hava məkanı zonası bu gün saat 18:00-dan ən azı bir həftə - sentyabrın 18-dək bağlı olacaq”, - o yazıb.

Nazir əlavə edib ki, qərar Belarusda keçiriləcək “Qərb - 2025” Rusiya-Belarus təlimləri kontekstində qəbul edilib. Sprudsun fikrincə, bu, Latviya hərbçilərinə hava məkanına daha effektiv nəzarət etməyə və icazəsiz obyektlərin aşkarlanmasını sadələşdirməyə imkan verəcək.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...