Modern.az

Azərbaycanda bəyi öz toyunda əqrəb sancdı

Azərbaycanda bəyi öz toyunda əqrəb sancdı

28 İyul 2017, 14:37

Şirvan şəhər sakinini əqrəb sancıb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Şirvandakı şadlıq saraylarından birində keçirilən toyda baş verib. Şadlıq sarayında toyu olan Şirvan sakini, 1990-cı il təvəllüdlü Dadaşov Elçin Eyvaz oğlunun əqrəb sancmasından sonra vəziyyəti ağırlaşıb.

 

E. Dadaşov Şirvan şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, müvafiq tədbirlər görüldükdən sonra evə buraxılıb.

 

Eyni gündə başqa bir Şirvan sakini, 1979-cu il təvəllüdlü Azayev Natiq Mikayıl oğlu da əqrəb sancması ilə Şirvan şəhər Xəstəxanasının reanimasiyasına yerləşdirilib. Ona da yardım edildikdən sonra evə buraxılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə