Modern.az

Güləşçimiz dünya çempionatının finalında 

Güləşçimiz dünya çempionatının finalında 

İdman

14 Sentyabr 2025, 00:57

Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili (125 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən düyna çempionatında finala yüksəlib.

 

Modern.az xəbər verir ki, idmançı yarımfinalda Polşa təmsilçisi Robert Baranla üz-üzə gəlib.

 

Rəqibini üstələyən Meşvildişvili həlledici görüşə vəsiqə qazanıb. Medal qarşılaşmaları sabah baş tutacaq.

 

Nürəddin Novruzov (61), Kənan Heybətov (70 kq), Arseniy Djioyev (86 kq) əvvəlki raundlarda məğlub olublar.

 

Qeyd edək ki, mundial sentyabrın 21-də başa ç

atacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin SSRİ üçün ƏMR VERDİ - Bakını gözləyən təhlükə