Modern.az

Masallıda ağır qəza: 1 ölü

Masallıda ağır qəza: 1 ölü

28 İyul 2017, 22:17

Masallıda ağır yol qəzası qeydə alınıb. Modern.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Masallı-Yardımlı magistral yolunun 16-cı kilometrliyində Masallı rayon ərazisində “Mersedes” markalı minik avtomobilinin idarəetməni itirərək dərədən aşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub.  Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü 1973-cü il təvəllüdlü Qulu Məmmədov Özüxan oğlunun cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə