Modern.az

Bacısıgilə qonaq gedən qadın intihara cəhd etdi

Bacısıgilə qonaq gedən qadın intihara cəhd etdi

19 Oktyabr 2017, 22:17

Şəkidə 45 yaşlı qadın intihara cəhd edib. Modern.az APA-ya istinadən xəbər verir ki, bu gün saat 17 radələrində Şəmkir rayonu Dəllər Cəyir kənd sakini, 1972-ci il təvəllüdlü Mehriban Aydınpaşa qızı Məsimova Şəki rayonunun Çeşməli kəndində qonaq gəldiyi bacısı evində baş örpəyi ilə özünü asaraq intihar etmək istəyib. 45 yaşlı Mehriban Məsimova son anda yaxınları tərəfindən xilas edilib. Qadın təcilli yardım maşını ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

 

M. Məsimova reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

 

Faktla bağlı Şəki rayon Prokurorluğunda araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır