Modern.az

Sabah Bakıda 19 dərəcə isti olacaq - HAVA PROQNOZU

Sabah Bakıda 19 dərəcə isti olacaq - HAVA PROQNOZU

31 Oktyabr 2017, 13:01

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

 

Bakıda və Abşeron yarımadasında                               

Noyabrın 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 11-14, gündüz 17-20,Bakıda gecə 12-14, gündüz 17-19 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək, nisbi rütubət70-80 faiz təşkil edəcək.

 

Azərbaycanın rayonlarında

Noyabrın 01-də bəzi yerlərdə arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək,bəziyerlərdə arabir  güclənəcək.

Havanın temperaturunun gecə8-13, gündüz 17-22,dağlarda gecə2-6, gündüz10-15dərəcə isti olacağı gözlənilir. 

 

Tibbi-meteoroloji proqnoz

Noyabrın 1-2-də Abşeron yarımadasında arabir güclənən mülayim xəzri küləyi fonunda temperaturun iqlim normasına yaxın olacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.  

 

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır