Modern.az

Azərbaycan-İran nümayəndələri gələn həftə Tehrana toplanır

Azərbaycan-İran nümayəndələri gələn həftə Tehrana toplanır

1 Mart 2018, 19:51

Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının XII hökumətlərarası iclası martın 11-12-də İranın paytaxtı Tehranda keçiriləcək. Modern.az xəbər verir ki, bu barədə “Trend”ə diplomatik mənbədən məlumat verilib.

Diplomatik mənbədən verilən məlumata görə, iclasın keçirilməsi üçün artıq bütün lazımi işlər görülüb. Mənbə iclasın tarixinin növbəti dəfə dəyişə biləcəyini də istisna etməyib.

 

Qeyd edək ki, daha öncə Azərbaycan və İran arasında XII hökumətlərarası iclasın İranın Astara şəhərində yanvarda keçiriləcəyi barədə bildirilmişdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır