Modern.az

Ukrayna “Qazprom”un əmlakını müsadirə edir

Ukrayna “Qazprom”un əmlakını müsadirə edir

1 Mart 2018, 22:12

Ukrayna “Qazprom”un əmlakını müsadirə edə bilər. Modern.az xarici mediaya istinadən xəbər verir ki, belə bir bəyanatla Ukrayna prezidenti Pyotr Poroşenko çıxış edib.

 

Pyotr Poroşenko qeyd edib ki,  “Qazprom”  şirkəti “Naftoqaz”a olan borcunu ödəməsə, onun Ukraynadakı mülkləri müsadirə ediləcək: ““Qazprom” Beynəlxalq Arbitraj Məhkəməsinin qərarlarını yerinə yetirmək fikirində deyil. Əgər “Qazprom” mədəni şəkildə qanuni prosedurlara əməl etmirsə, o zaman biz Nyu York müqaviləsinə görə bütün vasitələrdən istifadə edəcəyik. Beynəlxalq qaydalar Ukraynanın tərəfindədir”.

 

Qeyd edək ki, Beynəxalq Arbitraj Məhkəməsinin dünən verdiyi qərara görə, “Qazprom” “Naftoqaz”a 2,56 milyard dollar ödəniş etməlidir.

 

Belə ki, “Qazprom” daha öncə Ukraynaya qaz ixracında üzərində düşən öhdəliklərə əməl etməyib.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır