Modern.az

İmişlidə 11 yaşlı yeniyetməni avtomobil vurub

İmişlidə 11 yaşlı yeniyetməni avtomobil vurub

6 Aprel 2018, 19:00

 İmişli rayonunda 11 yaşlı yeniyetməni avtomobil vurub. 

 

“Report”un Aran bürosu xəbər verir ki, şəhər sakini, 2007-ci il təvəllüdlü Əli Anar oğlu Vəliyev yolu keçmək istəyən zaman onu “Jiquli” markalı avtomobil vurub. 

Müxtəlif dərəcəli bədən xəsarətləri alan yeniyetməni sürücü İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır