Modern.az

Putin İlham Əliyevi təbrik etdi

Putin İlham Əliyevi təbrik etdi

Aktual

12 Aprel 2018, 12:01

Rusiya prezidenti Vladimir Putin İlham Əliyevə Azərbaycan Respublikasının prezidenti seçilməsi münasibətilə təbrik teleqramı göndərib.

 

Modern.az Kremlin rəsmi saytına istinadən xəbər verir ki, Rusiya prezidenti seçkilərdə inamlı qələbənin qazanılmasının İlham Əliyevin yüksək siyasi avtoritetə malik olduğunu və iqtisadi-sosial məsələləri, xarici siyasətdəki hədəfləri düzgün müəyyənləşdirdiyinin sübutu adlandırıb.

 

Putin Moskva ilə Bakı arasında mehriban qonşuluq münasibətlərinin daha da möhkəmlənəcəyinə ümidini ifadə edib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır