Modern.az

Milli Məclisin xanım deputatına yeni vəzifə verildi

Milli Məclisin xanım deputatına yeni vəzifə verildi

Aktual

2 İyul 2018, 14:26

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinə yeni sədr müavini təyin olunub.

 

Modern.az-ın əldə etdiyi məlumata görə, nümayəndə heyətinin tərkibinə rotasiya qaydasında dəyişiklik edilib.


Belə ki, deputat Sevinc Fətəliyeva Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti sədrinin müavini təyin edilib.

 

Qeyd edək ki, bundan əvvəl Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədrinin müavini Vüsal Hüseynov idi. O, ölkə başçısının imzaladığı sərəncamla Dövlət Miqrasiya Xidmətinin rəisi  təyin edilib.

 

Hazırda Azərbaycanın AŞPA-dakı 12 nəfərlik nümayəndə heyətinə aşağıdakı deputatlar daxildir:

 

Səməd Seyidov (sədr), Sevinc Fətəliyeva (sədr müavini), Qənirə Paşayeva, Fazil Mustafa, Sabir Hacıyev, Sahibə Qafarova, Elşad Həsənov, Rəfael Hüseynov, Çingiz Qənizadə, Ülviyyə Ağayeva, Asim Mollazadə, Naqif Həmzəyev.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır