Modern.az

Rəqabət Məcəlləsi yenidən hazırlanıb

Rəqabət Məcəlləsi yenidən hazırlanıb

17 İyul 2018, 15:35

Rəqabət Məcəlləsinin yeni layihəsi hazırlanıb.

Modern.az-ın məlumatına görə, bu barədə "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti"nin 2017-ci il üzrə illik monitorinq və qiymətləndirmə hesabatı”nda qeyd edilib.

Bildirilib ki, ölkədə biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı Rəqabət Məcəlləsinin yeni layihəsi hazırlanıb.

Qeyd edək ki, Rəqabət Məcəlləsi 2006-cı ildə prezident tərəfindən Milli Məclisə təqdim edilib. Bu qanun layihəsi iki oxunuşdan keçsə də, 3-cü oxunuşa çıxarılmayıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat