Modern.az

“Bizim xüsusi təyinatlılar Paşinyanın oğlunun cəbhədən 50 km uzaqda "xidmət" keçdiyini yaxşı bilirlər”  

“Bizim xüsusi təyinatlılar Paşinyanın oğlunun cəbhədən 50 km uzaqda "xidmət" keçdiyini yaxşı bilirlər”   

Aktual

17 Sentyabr 2018, 15:51

“Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan Prezidentinin oğlunun hərbi xidmətə başlamasıyla bağlı verdiyi açıqlama onun nə qədər populist, məsuliyyətsiz və tutduğu posta uyğun gəlməyən biri olduğunu növbəti dəfə ortaya qoyur”.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sahib Alıyev deyib.

Deputat inanmır ki, klassik bir deyimdə bildirildiyi kimi, inqilabın hakimiyyətləndirdiyi bu hay tülüngüsü Heydər İlham oğlu Əliyevin xüsusi təyinatlı hissədə xidmət keçməsinin nə anlam daşıdığını dərk etməsin.


“Çünki ən azıdan 2016-cı ilin aprel döyüşləri də göstərdi ki, o zaman düşməni səngərindəcə məhv edən bizim xüsusi təyinatlılar idi. O xüsusi təyinatlılar ki, Nikol Paşinyanın oğlunun onun lovğalanıb dediyi kimi ön xətdə deyil, cəbhədən 50 km uzaqlıqda "xidmət" keçdiyindən yaxşı xəbərdardılar və əmr alacaqları təqdirdə onu elə oradaca zərərsizləşdirəsidirlər”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat