Modern.az

Komitə sədri deputatları güldürdü

Komitə sədri deputatları güldürdü

30 Oktyabr 2018, 13:18

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deputat həmkarının adını səhv salıb.

Modern.az-ın məlumatına görə, deputat Fazil Mustafa "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" qanun layihəsinə münasibət bildirib.

Deputat deyib ki, Azərbaycanda bələdiyyələrin vergi və ödənişlər əldə etməsi üçün hər cür şərait var.

“Biz də bu şəraitdən istifadə etməliyik”.

Bundan sonra isə çıxış edən Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə həmkarının adını səhv salıb. “Mən Mustafa müəllimin fikirləri ilə razıyam”.

Arif Rəhimzadənin Fazil Mustafanın adını bilməməsi zalda deputatların gülüşünə səbəb olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat