Modern.az

Sarkisyan: “Qarabağ məsələsində güzəştə gedən deyilik”

Sarkisyan: “Qarabağ məsələsində güzəştə gedən deyilik”

15 Noyabr 2018, 12:22

Ermənistanın keçmiş müdafiə naziri, Respublika Partiyasının sədr müavini Viqen Sarkisyan Qarabağ münaqişəsi ilə bağlı açıqlama verib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, bu məsələdə heç kəsə güzəşt etməyəcəklərini deyib.

 

“Biz konstruktiv müxalifət olaraq dialoqa hazırıq. Amma kompromisə getməyəcəyimiz məsələlər var. İlk növbədə bu Qarabağ münaqişəsidir. Məsələ, xalqın öz müqəddəratını təyin etmək hüququ ilə məhdudlaşmır. Məsələ ölkəimizin milli təhlükəsizliyi üçün də əhəmiyyətlidir”.

 

Sizə yeni x var
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi