Modern.az

Sumqayıtda körpə uşağın üstünə qaynar su dağılıb

Sumqayıtda körpə uşağın üstünə qaynar su dağılıb

18 Noyabr 2018, 21:32

Sumqayıt şəhərində 1 yaş 7 aylıq körpənin üzərinə qaynar su dağılıb. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə 3-cü mikrorayon ərazisində baş verib.

 

2017-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Rəhimova Məlahət Kamran qızı yaşadığı 3-cü mk, ev 18/33a, mənzil 21-də qaynar sudan yanıb. Onun üzərinə içi dolu çaydan dağılıb.

 

Azyaşlı dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Körpə vəziyyəti hazırda qənaətbəxşdir.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə