Modern.az

Sumqayıt Texnologiyalar Parkı ölüm xəbərinə cavab verdi  

Sumqayıt Texnologiyalar Parkı ölüm xəbərinə cavab verdi   

19 Noyabr 2018, 11:17

17 noyabr 2018-ci il tarixdə bir neçə  media qurumu  Quluzadə Fərhad Mətləb oğlunun 

Sumqayıt Texnologiyalar Parkının zavodlarının birində hündürlükdən yıxılaraq  həlak  olması barədə məlumat yayıb. 

 

Sumqayıt Texnologiyalar Parkında fəhlənin ölüm xəbərinə reaksiya verib. Qurumdan Modern.az-a verilən açıqlamada deyilir:

“Bununla bağlı  bildiririk ki, xəbərlərdə qeyd edilən şəxs Sumqayıt Texnologiyalar Parkında fəaliyyət göstərmir. 

Ümumiyyətlə zavod ərazisində hər hansı  bir səbəbdən ölüm və ya qəza  hadisəsi baş verməyib”. 

 

Sumqayıt Texnologiyalar Parkı jurnalistlərə belə xəbərlər yayarkən dəqiqləşdirmə aparmağı tövsiyə edib.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə