Modern.az

Zlatan İbrahimoviç "Milan"la razılıq əldə edib

Zlatan İbrahimoviç

Aktual

22 Noyabr 2018, 19:34

ABŞ-ın "Los-Anceles Qelaksi" klubunun futbolçusu Zlatan İbrahimoviç İtaliyanın "Milan" komandasında çıxış etməyə çox yaxındır.  

 

Modern.az "Report"a istinadən xəbər verir ki, İtaliya təmsilçisi artıq37 yaşlı hücumçu ilə razılıq əldə edib. 

Təcrübəli forvard ay "Milan"da çıxış edəcək. İsveçli oyunçu bu müddət ərzində 2.2 milyon avro qazanacaq. 

Onun sözləşməsində müqaviləni avtomatik olaraq uzatmağa imkan verən bir bəndin olması ilə bağlı məlumat yoxdur.  

Qeyd edək ki, Z.İbrahimoviçin ABŞ klubu ilə müqaviləsi 2019-cu ilin sonunda başa çatır. O, 2010-2012-ci illər aralığında "Milan"da çıxış edib.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə