Modern.az

Elnur Şükürov azadlığa çıxdı

Elnur Şükürov azadlığa çıxdı

Aktual

13 Sentyabr 2025, 09:29

Əvəz Zeynallı ilə birgə məhkum edilmiş jurnalist Elnur Şükürov azadlığa buraxılıb.

Modern.az xəbər verir ki, ona verilən 3 illik həbs cəzası bu gün başa çatıb.

E.Şükürov saxlanıldığı cəzaçəkmə müəssisəsindən azadlığa çıxıb.

Qeyd edək ki, “Səda TV”nin rəhbəri olan E.Şükürov rüşvət almaqda və dələduzluqda təqsirli bilinərək 3 il azadlıqdan məhrum edilmişdi. Onunla birgə mühakimə edilərək 8 il 10 ay azadlıqdan məhrum edilən Əvəz Zeynallı isə bir müddət əvvəl xəstəliyinə görə cəzadan azad edilmişdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Sankt-Peterburq OD İÇİNDƏ - Ukraynadan dəhşətli hücum - Media Turk TV