Hövsan yaxınlığında dənizdə köməksiz qalan şəxlərin xilas edilib. Modern.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhərinin Suraxanı rayonunun Hövsan kəndi yaxınlığında dənizdə (təxminən 20 km dənizin içinə doğru) taxta qayıqda köməksiz vəziyyətdə qalan 2 nəfər Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən həyata keçirilən birgə tədbirlər nəticəsində xilas olunub.
Xilas olunan şəxslər gəmi ilə sahilə gətirilib.