Modern.az

Azərbaycanda cəmi 1 həkim olan xəstəxana - VİDEO

Azərbaycanda cəmi 1 həkim olan xəstəxana - VİDEO

23 Noyabr 2018, 23:16

İsmayıllı rayonunun Lahıc qəsəbəsində yeni inşa edilərək müasir avadanlıqlarla təchiz olunan xəstəxana olsa da, burada həkim yoxdur. Xəstəxananın cəmi bir həkimi var, o da 81 yaşındadır. Sakinlər həkim çatışmazlığından əziyyət çəkirlər. Modern.az “Xəzər xəbər”ə istinadən xəbər verir ki, 1968-ci ildən bəri Lahıc qəsəbəsi ilə yanaşı, 15-dən çox kəndin sakinləri bu xəstəxanaya müraciət edir. Xəstəxananın yeganə həkimi olan 81 yaşlı Sədrəddin İsgəndərov müraciət edən bütün xəstələri özü qəbul edir. Həkim hətta hamilə qadınların müraciətlərini də geri çevirmir.

 

Təcrübəli həkim deyir ki, bu xəstəxananın baş həkimi də, travmatoloqu da, tibb işçisi də, mama-ginekoloqu da özüdür.

 

Xəstəxananın həkim sarıdan korluq çəkməsi isə ən çox kənd sakinlərini narahat edir. Məsələyə Səhiyyə Nazirliyi də münasibət bildirib.

 

İndi kənd sakinləri belə müasir xəstəxanaya gəlib işləyəcək fədakar həkimlərin yolunu gözləyir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə