Modern.az

Paşinyan yeni hökumətdə iki nazirin vəzifədə qalacağını bəyan etdi  

Paşinyan yeni hökumətdə iki nazirin vəzifədə qalacağını bəyan etdi   

24 Noyabr 2018, 19:51

Ermənistanın baş naziri səlahiyyətlərinin icraçısı Nikol Paşinyan deyib ki, rəhbərlik etdiyi “Mənim addımım” bloku dekabrın 9-da keçiriləcək növbədənkənar parlament seçkisində qalib gələrsə, yeni hökumət formalaşdırılarkən müdafiə naziri David Tonoyan və xarici işlər naziri Zoqrab Mnatsakanyan öz postlarında qalacaq.  

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Nikol Paşinyan digər nazirlər barəsindəı isə heç nə deməyib.

Yeri gəlmişkən, bu gün Ermənistanın baş naziri əvəzi Nikol Paşinyan bütün tərəfdarlarını Yerevanda aksiyay çıxarıb.

Qeyd edək ki, noyabrın 26-da Ermənistanda seçki kampaniyası başlanır.

Dekabrın 9-da ölkədə vaxtındanəvvəl parlament seçkisi keçiriləcək.

Analitiklər hesab edir ki, Paşinyanın “Mənim addımım” bloku qəti qələbə qazanacaq.

Pashinyan hakimiyyətə bu ilin aprel-may aylarında keçirilən kütləvi küçə etirazları ilə gəlib.

Yeni seçkidə həmin vaxt hakimiyyətdən uzaqlaşıdırılmış “Respublika” partiyası da iştirak edəcək.

Bu partiyaya keçmiş ölkə rəhbəri Serj Sarkisyan rəhbərlik edir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə