Modern.az

Düşmən cəbhədə bu gecə də dinc durmayıb

Düşmən cəbhədə bu gecə də dinc durmayıb

25 Noyabr 2018, 09:40

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 29 dəfə pozub.

Modern.az  xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyiməlumat yayıb.

Ağdam rayonunun işğal altında olan Nəmirli, Tağıbəyli, Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin GoranboyTərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən ordumuzun mövqeləri atəşə tutulub.

Düşmən noyabrın 24-də cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 26 dəfə pozub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə