Modern.az

Hacıqabulda iki maşın toqquşdu - 8 nəfər YARALANDI

Hacıqabulda iki maşın toqquşdu - 8 nəfər YARALANDI

25 Noyabr 2018, 13:40

Hacıqabul rayonunda 8 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.



Modern.az Report-a istinadən məlumat görə, hadisə Bakı-Qazax magistralının 125-ci kilometrliyində, Hacıqabul şəhərinin çıxışında qeydə alınıb.



"07-EG-547" dövlət qeydiyyat nişanlı "Mercedes Vita" markalı avtomobillə "90-DA-004" dövlət qeydiyyat nişanlı maşının toqquşması nəticəsində 6-sı ağır olmaqla 8 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar 3-ü reanimasiya şöbəsinə olmaqla Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.



Zərərçəkmişlərdən hələ ki, 5-nin adı məlumdur. Bunlar Bakı sakinləri - 1991-ci il təvəllüdlü Köçəliyeva Elnarə Əhməd qızı, 1968-ci il təvəllüdlü Pirişova Rübabə Şahlar qızı, 1981-ci il təvəllüdlü Mikayılova Samirə Hacıbala qızı, 1986-cı il təvəllüdlü Tağızadə Şəhla Firdovsi qız və 1967-ci il təvəllüdlü Həsənova Yaqut İlham qızıdır.



Digərlərinin şəxsiyyətləri dəqiqləşdirilir.



Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə