Modern.az

Yeşik sexinin sahibi cəzalanıb

Yeşik sexinin sahibi cəzalanıb

Aktual

26 Noyabr 2018, 10:29

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Oğuz rayonu ərazisində keçirilən reyd zamanı rayonun Xaçmaz kəndi ərazisində fəaliyyət göstərən yeşik hazırlanan sexdə 19,34 m3 həcmində fıstıq və ağcaqayın cinsli meşə materialı aşkar edilib.

 

Modern.az xəbər verir ki, faktla bağlı sexin sahibi Qəbələ rayon sakini İlkin Mirzəyev barəsində akt tərtib edilib və ona meşə fonduna dəyən 2643,6 manat məbləğində ziyan tətbiq olunub.

 

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirin görülməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.

 

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə