Modern.az

Bakı Metropoliteni sərnişinlərə fosforlu qolbağı paylayacaq 

Bakı Metropoliteni sərnişinlərə fosforlu qolbağı paylayacaq 

Aktual

4 Dekabr 2018, 19:25

"Bakı Metropoliteni" QSC yeni layihə həyata keçirəcək.

 

Modern.az-ın məlumatına görə, dekabrın 6-da saat 14:00-da metronun "28 May" stansiyasında başlanacaq "İşıq saç, özünə yol aç" adlı aksiya zamanı sərnişinlərə xüsusi işıq reflektorlu qolbağılar paylanaraq, mövzu ilə bağlı maarifləndirici söhbətlər aparılacaq, dünya təcrübəsindəki nümunələr barədə məlumat veriləcək.

 
Məlumatda bildirilir ki, dekabr ayı, ənənəyə görə, qış mövsümünün başlanğıcıdır. qısa günlər, qaranlıq saatların uzun olması, yol hərəkəti iştirakçılarının - küçə və yolları keçən insanlarımızın, xüsusən də sürücülərin daha ayıq-sayıq olmasını tələb edir:

 

"Mövzunun aktuallığını nəzərə alaraq, "Bakı Metropoliteni" QSC aksiya ilə metro sərnişinlərinin diqqətini bu məsələyə yönəltmək istəyir və onu ictimailəşdirməklə daha geniş əks-səda doğuracağına ümid edir".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat