Xocəsəndə piyadanı vuran sürücü hadisə yerindən qaçıb.
Bu haqda Modern.az-a Daxili İşlər Nazirliyindən bildirilib.
Dekabrın 3-də saat 21 radələrində Binəqədi rayonunun Xocəsən qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Namaz Namazov vurulub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyadanın vəziyyəti orta ağırdır.
Binəqədi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.