Modern.az

Bakıda Bədii gimnastika üzrə 39-cu dünya çempionatının vaxtı dəqiqləşdi

Bakıda Bədii gimnastika üzrə 39-cu dünya çempionatının vaxtı dəqiqləşdi

Aktual

4 Dekabr 2018, 20:46

Bədii gimnastika üzrə 39-cu dünya çempionatı 2022-ci ildə Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək. Modern.az Beynəlxalq Gimnastika Federasiyasının (FİG) rəsmi saytına istinadən xəbər verir ki, bu qərar FİG-in İcraiyyə komitəsinin 30 noyabr - 1 dekabr tarixlərində Bakıda keçirilən iclasında qəbul edilib.

 

Dünya çempionatı 2022-ci il 12-18 sentyabrda keçiriləcək.

 

Gənclər arasında idman gimnastikası üzrə dünya çempionatı 2019-cu il 27-30 iyunda Macarıstanın Dyor şəhərində, gənclər arasında bədii gimnastika üzrə dünya çempionatı isə gələn il 19-21 iyulda Moskvada keçiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat