Modern.az

Gürcüstandan 200 iranlının deportasiya səbəbi

Gürcüstandan 200 iranlının deportasiya səbəbi

Aktual

4 Dekabr 2018, 23:14

Gürcüstandan ötən həftə 200 nəfər İran vətəndaşının deportasiya edilməsinin səbəbi bəlli olub. Modern.az “Azərtac”a istinadən xəbər verir ki, İran vətəndaşlarının deportasiya edilməsi birmənalı qarşılanmayıb. Bəzi mətbuat orqanları qərbyönümlü siyasi kurs yürüdən Gürcüstanın bununla ABŞ-a “sədaqətini nümayiş etdirməyə” çalışdığını bəyan ediblər.

 

İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi Bəhram Qasemi bildirib ki, deportasiya olunan iranlılar Gürcüstana şübhəli turist firmaları vasitəsilə səfər ediblər. Onların bəzi sənədləri və qeydiyyat işləri düzgün aparılmayıb. Gürcüstana qanuni yollarla gedən iranlıların heç bir problemi olmayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat