Azərbaycanda ilk dəfə aqrar və yaşıl texnologiyalar üzrə “AgTech and Green Energy” mövzusunda Beynəlxalq Forum keçiriləcək. Dünyanın 15-ə yaxın ölkəsindən 35 xarici mütəxəssisi bir araya toplayacaq forum Kənd Təsərrüfatı Nazirliyi və Energetika Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutacaq.
Modern.az xəbər verir ki, “Yaşıl gələcək üçün innovasiyalar” şüarı altında keçiriləcək Beynəlxalq Forumun 10-11 dekabr 2018-ci il tarixlərində ADA Universitetində keçirilməsi planlaşdırılır.
Dünyanın 4 bir yanından bu sahə üzrə ən uğurlu startaplar, şirkət sahibləri, elm xadimləri və tədqiqatçılar, vençur kapitalistlər, visionmakerlər, eyni zamanda ölkəmizdə artıq bu sahələr üzrə sözünü demiş mütəxəssislər sizlərlə öz təcrübələrini paylaşacaqlar.
Iki gün davam edəcək Forumun aşağıdakı panellər üzrə keçirilməsi planlaşdırılır:
Forumun keçirilməsində digər məqsəd qlobal texnologiya şirkətləri, startaplar, fermerlər və digər maraqlı tərəflər arasında əməkdaşlıq yaratmaqdır. Bununla əlaqədar olaraq Startaplar və Fermerlər üçün seminarlar keçiriləcək.
Startaplar üçün keçiriləcək seminar mövzuları aşağıdakılar olacaq:
Fermerlər üçün keçiriləcək seminar mövzuları aşağıdakılar olacaq:
İnnovasiyalarla gələcək "Yaşıl gələcəy"in indidən bir parçası olun. www.agtech.az (//www.facebook.com/AgTech.az/)