Modern.az

“Qızıl buta” mükafatının təqdimatı olacaq  

“Qızıl buta” mükafatının təqdimatı olacaq   

Aktual

5 Dekabr 2018, 15:59

“DAİM” Mərkəzi  2018-ci ilin yekunlarına dair “QIZIL BUTA” Mükafatının təqdimat mərasimini keçirəcək.

Modern.az xəbər verir ki,  “DAİM” Mərkəzinin sədri Zaur Mirzəzadə bildirib ki, ənənəvi olaraq artıq 10 ildir müxtəlif nominasiyalarla səsvermədə qalib olmuş şəxsləri təltif edirlər.

“Bu il də  5-17 dekabr tarixləri arasında  sorğu keçirilir. Sorğu  Xalq.az xəbər portalının texniki dəstəyi ilə həyata keçirilir. Budəfəki sorğu sayt üzərində, anket-sorğu  formasında sosial şəbəkələrdə, həmçinin “DAİM” Mərkəzinin koordinatorları tərəfindən aparılacaq. Sosial şəbəkələrdə, sayt üzərindən keçirilən səsvermələrə və aparılan sorğulara əsasən, qaliblər müəyyən olunacaq. Müxtəlif nominasiyalar üzrə keçirilən sorğuda qaliblər “QIZIL BUTA” Mükafatı ilə təltif olunacaqlar. Səsvermənin nəticələri KİV-də dərc olunacaq və qaliblər möhtəşəm tədbirdə mükatlandırılacaqlar”.

Qeyd edək ki, buraya daxil olub  “QIZIL BUTA” Mükafatçısını səsvermə yolu ilə müəyyənləşdirə bilərsiniz.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat