Modern.az

Gürcüstanın yeni prezidenti bu gün and içəcək

Gürcüstanın yeni prezidenti bu gün and içəcək

Aktual

16 Dekabr 2018, 12:35

Gürcüstanın yeni seçilmiş prezidenti Salome Zurabişvili bu gün vəzifəsinin icrasına başlayacaq.

 

Modern.az xəbər verir ki, yeni dövlət başçısının inauqurasiyası Telavi şəhərində olacaq. Mərasim dekabrın 16-da yerli vaxtla saat 15:00-da başlayacaq və təxminən 40 dəqiqə davam edəcək.

 

Telavi şəhəri Tbilisidən 105 kilometr məsafədə yerləşir. İnauqurasiya mərasimi buradakı qədim çar kompleksində - II İraklinin (1720-1798) iqamətgahında keçiriləcək. Bu, ölkədə qorunub saxlanılan yeganə çar sarayıdır.

 

Mərasimdə 1800 yerli və xarici qonağın, həmçinin ölkə silahlı qüvvələrinin 200 hərbi qulluqçusunun iştirakı nəzərdə tutulur.

Xatırladaq ki, noyabrın 28-də Gürcüstanda prezident seçkilərinin ikinci turu keçirilib. Hakim “Gürcü arzusu” partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili 59,52 faiz səs toplayaraq seçkilərdə qalib gəlib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat