Modern.az

Azərbaycana kərə yağı idxalı azalıb

Azərbaycana kərə yağı idxalı azalıb

Aktual

17 Dekabr 2018, 21:57

Bu ilin yanvar-noyabr aylarında Azərbaycana 10 677,64 ton kərə yağı və süddən hazırlanan digər yağlar idxal edilib. Modern.az xəbər verir ki, idxal olunan kərə yağının dəyəri 62 094,19 min ABŞ dollarıdır.

 

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bu göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə 3 490,16 min dollar çox, 1 790,04 ton azdır.

 

On bir ayda kərə yağı və süddən hazırlanan digər yağ məhsullarının idxalı Azərbaycanın ümumi idxalının 0,6 faizini təşkil edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat