Modern.az

Arzu Rəhimov 2019-cu ildə görüləcək işlərlə bağlı tapşırıq verdi  

Arzu Rəhimov 2019-cu ildə görüləcək işlərlə bağlı tapşırıq verdi   

Aktual

28 Dekabr 2018, 17:06

Dekabrın 28-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) 2018-ci il üzrə xidməti fəaliyyətin yekunlarına həsr edilmiş və 2019-cu il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışa hazırlıqla əlaqədar müşavirə keçirilib.

Qurumdan Modern.az-a verilən məlumata görə, Xidmət rəisi, general-leytenant Arzu Rəhimov müşavi­rədə 2018-ci il ərzində görülmüş işlərə dair hesabat məruzəsi ilə çıxış edib, idarə şöbə və bölmələrin xidməti fəaliyyətini qiymətləndirib.

Xidmət rəisi ilk növbədə Azər­baycan Prezidenti İlham Əliyevin Ali Baş Koman­danlığı altında son illər ərzində SHXÇDX-də əldə edilən nəticələri qeyd edib. Xidmətin peşəkar kadrlarla komplektləşdirilməsi, maddi-texniki imkanlarının genişləndirilməsi istiqamətində əsaslı işlər görüldüyünü vurğulayıb. Müşavirə iştirakçılarının diqqətini həlli vacib olan məsələlərə yönəldən general-leytenant Arzu Rəhimov Xidmətin fəaliyyət istiqamətlərinə uyğun olaraq səfərbərlik hazırlığı və səfərbərlik işi­nin təşkili, və­tən­daş­ların hərbi qeydiyyata alınması, hərbi xidmətə hazırlanması və müddətli hə­qiqi hərbi xid­mətə çağırılması, gənclərin hərbi vətən­pər­vər­lik ruhunda tərbiyə olun­ma­sı istiqamətində həyata keçirilmiş işlərdən və qarşıda duran vəzifələrdən danışıb. Xidmət rəisi vətəndaşların qə­bulu və müraciətlərinə baxılması, vətəndaş məmnunluğunun təmin olunması işinin davam etdirilməsi istiqamətində tapşırıq və tövsiyələrini çatdırıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində yol verilmiş nöqsanlar təhlil edilib, çatışmazlıqların aradan qaldırılması və gələcəkdə təkrarlanmamasına dair göstərişlər verilib.

Bildirib ki, hazırda SHXÇDX tərəfindən ASAN xidmət mərkəzlərində beş xidmət təqdim olunur, həmçinin elektron xidmətlərin imkanları genişləndirilməkdədir. Müddətli həqiqi hərbi xidmətə göndərilən çağırışçıların təyin olunduqları xidmət yerləri barədə SMS vasitəsilə məlumatlandırıldığı, Xidmətin elektron xidmətləri vasitəsilə məlumat almaq imkanlarının yaradıldığı qeyd edilib. İl ərzində Xidmət tərəfindən ictimaiyyət nümayəndələrinin iştirakı ilə təşkil edilmiş tədbirlərin səmərəli nəticələrinə toxunulub.

Sonra Xidmət rəisi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası vətəndaşlarının 2018-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xid­mət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamının icrası ilə əlaqədar Xidmət tərəfindən həyata keçiriləcək tədbirlərin təşkili ilə bağlı  zəruri məsələlərə diqqət çəkib.

Müşavirəyə yekun vuran general-leytenant Arzu Rəhimov 2019-cu ildə SHXÇDX tərəfindən görüləcək işlər və xidməti fəaliyyətin daha yüksək səviyyədə təşkil olunması barədə tapşırıqlarını verib.

Hesabat müşavirəsində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və eləcə də Yeni il bayramı münasibətilə SHXÇDX-nin şəxsi heyətini təbrik edən Xidmət rəisi bildirib ki, qurumun hər bir əməkdaşı üzə­rinə düşən və­zifələrini şərəf və ləya­qətlə yerinə yetirə­cək­.

Müşavirənin sonunda xidmətdə fərqlənən hərbi qulluqçulara Xidmət rəisinin əmri ilə təltif­lər təqdim olunub.

 

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə