Modern.az

Büdcə təşkilatları ilə bağlı yeni qaydalar təsdiqləndi

Büdcə təşkilatları ilə bağlı yeni qaydalar təsdiqləndi

4 Yanvar 2019, 09:44

“Azərbaycan Respublikasında büdcə təşkilatlarının sektor strateji planlarının hazırlanması Qaydası” təsdiq edilib.

Modern.az xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

 “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 235 nömrəli Fərmanının 2.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasında büdcə təşkilatlarının sektor strateji planlarının hazırlanması Qaydası” təsdiq edilib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə