Modern.az

“Mercedes”lə “BMW” toqquşdu -  ölən var

“Mercedes”lə “BMW” toqquşdu -  ölən var

7 Yanvar 2019, 12:18

Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
baş verib.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, yanvarın 5-də saat 14 radələrində Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Elşən Hacıyevin idarə etdiyi “Mercedes” və Kənan İsmayılovun idarə etdiyi “BMW” markalı avtomobillər toqquşub. Nəticədə E.Hacıyev hadisə yerində ölüb.

 

Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə