Modern.az

Deputatlar sabah tətildən qayıdırlar  

Deputatlar sabah tətildən qayıdırlar   

Aktual

14 Yanvar 2019, 09:55

Sabah - yanvarın 15-də Azərbaycan Milli Məclisi deputatlarının tətil müddəti başa çatır.


Modern.az-ın
məlumatına görə, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, deputatlar yanvar ayının 1-dən 15-dək tətildə olurlar.

Yanvar ayının 15-dən sonra  isə Milli Məclis komitələrinin iclaslarının keçirilməsinə başlanılacaq. Parlamentin yaz sessiyasının ilk plenar iclası fevralın 1-də keçiriləcək.

 

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, deputatlar yanvar ayının 1-dən 15-dək tətildə olacaqlar. Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin I hissəsinin birinci abzasına uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisi hər il iki növbəti yaz və payız sessiyalarına yığılır. Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.

 

 Əgər fevralın 1-i və sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?